"Azərbaycanda gənclərlə dövlət və prezident arasında çox böyük həmrəylik var”

"Azərbaycanda gənclərlə dövlət və prezident arasında çox böyük həmrəylik var”
Bütün Xəbərlər
22:34 25.10.2011
1481
“Azərbaycan Gənclərinin VI Forumunun keçirilməsi ölkə gəncliyinin həyatında çox mühüm hadisədir. Bu bir daha sübut etdi ki, Azərbaycanda gənclərlə dövlət və prezident arasında çox böyük həmrəylik var”. Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Azərbaycan Gənclərinin VI Forumunun iştirakçısı Fərid Şahbazlı deyib. Onun sözlərinə görə, oktyabrın 25-də baş tutan forum gəncliyin inkişafı üçün zəruri olan bir sıra məsələlərin müzakirəsi və gənclərin cəmiyyətə verdiyi mesajlar baxımından olduqca məhsuldar olub: “Forumun qətnaməsi və iştirakçıların ölkə prezidentinə ünvanladıqları müraciətdə dövlət gənclər siyasətinin perspektiv inkişaf istiqamətləri ilə bağlı mühüm məqamlar yer alıb. Hesab edirəm ki, bu forumunun məntiqi nəticəsi olaraq qaldırılan bir sıra önəmli təkliflər tezliklə reallaşacaq”.
OXŞAR XƏBƏRLƏR