Azərbaycanda güclü zəlzələ baş verdi – 6 bal gücündə (YENİLƏNİB)

Azərbaycanda güclü zəlzələ baş verdi –  6 bal gücündə (YENİLƏNİB)
Bütün Xəbərlər
00:24 30.06.2014
9431

“Zaqatala rayonunda zəlzələ nəticəsində dağıntı və təlafat barədə hələlik məlumat daxil olmayıb. Biz hamımız iş başındayıq və hazırda Zaqatala şəhərinin, ətraf kəndlərin ərazilərinə baş çəkirik”. 

AZXEBER.COM xəbər verir ki,  bunu APA-ya açıqlamasında  Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Elman Ramazanov deyib.

E. Ramazovun bildirdiyinə görə, indiyə qədər rayonun Göyəm kəndində bir evin divarının uçduğu qeydə alınıb: “Bəzi binalarda isə ötən zəlzələ zamanı yaranmış xırda çatlar genişlənib. Başqa dağıntı və tələfat barədə məlumat daxil olmayıb”.

APA-nın yerli bürosunun əməkdaşının bildirdiyinə görə, bölgədə zəlzələ baş verəndən sonra əhali bir müddət küçədə qalıb. Qısa müddətlik mobil rabitə problemi olsa da, hazırda bu problem aradan qalxıb. Rayona qaz, işıq, su verilişində heç bir fasilə yaranmayıb.

Zaqatala rayon Mərkəzə Xəstəxanasindan bildirilib ki, xəstəxanaya zəlzələ nəticəsində xəsarət alan şəxs müraciət etməyib: “Yalnız 5 nəfər stress keçirməsi ilə bağlı müraciət edərək, ilkin tibbi yardım alıb”. 

Qax rayon İcra Hakimiyyətindən də bildirilib ki, rayonda zəlzələ nəticəsində dağıntı və təlafat olması barədə məlumat daxil olmayıb: “Yalnız episentrə yaxınlıqda yerləşən Güllük kəndində ötən zəlzələ nəticəsində yaranmış xırda çatların genişlənməsi barədə məljumat var”.    

Qax rayon Mərkəzi Xəstəxanasında da zəlzələ nəticəsində xəsarət almaqla bağlı müraciət edən olmayıb.

Qeyd edək ki, Seysmoloji Xidmət Mərkəzinin məlumat yaydığı rəsmi məlumata görə, zəlzələ yerli vaxtla saat 22.26-da qeydə alınıb. Zəlzələ hiss ediləcək gücdə olub

Zəlzələnin dərinliyi 12 km, gücü 6 bal olub.

**

Azərbaycanda növbəti zəlzələ olub. 

AMEA nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Zaqatalada qeydə alınıb. Hadisə 29 iyun tarixində saat 22:26-da baş verib.

İlkin məlumata görə, 5,2 maqnitudada, yəni təxminən 6 bal gücündə olan zəlzələ yerin 12 km dərinliyində qeydə alınıb.  Zəlzələ hiss olunub. 

**

Təbii fəlakətdən əziyyət çəkən Zaqatala şəhər sakinlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, zəlzələnin şiddəti hiss olunub və əhali evlərini tərk edib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə isə zəlzələ evlərə güclü ziyan vurmasa da, bundan əvvəlki zəlzələdə təhlükəli vəziyyətdə olan evlərin çatları daha da böyüyüb.

OXŞAR XƏBƏRLƏR