Xəbər verdiyimiz kimi, 31 dekabr Bakı Olimpiya Stadionunda "Ən yeni il" konserti baş tutacaq.
AZXEBER.COM xəbər verir k, Türkiyə mediasında bu gün yayılan xəbərə görə, Hadisə Bakıda 2 saat oxumaq üçün 200 min dollar qonorar alacaq.
Konsertə sayılı günlər qala sosial şəbəkələrdə maraqlı məlumat yayılıb.
"Facebook"da müxtəlif qruplarda konsertin biletləri satışa çıxarılıb. Belə ki, istifadəçilər çalışdığı yerlərdən onlara məcburən bilet satıldığını və həmin biletləri almağa məcbur olduqlarını yazıblar. Həmin günü ailəsiylə keçirmək istəyən vətəndaşlar biletləri satışa çıxarıblar.
Adı bizə məlum olan xanımlardan biri yazır: "Əziz dostlar, gömrükdə işlədiyim yerdə bilet veriblər, onu satıram. Kim istəyir yazsın, birini 9 manata verirəm. 2 nəfər getsə, birini 6 manatdan da verərəm"
Maraqlıdır ki, konsertin rəsmi biletləri 9 manatdan başlayır və stadion rəhbərliyi vətəndaşların bilet almamasından narahat olublar. Bu səbəbdən müxtəlif idarələr, nazirliklərə biletlər məcburi şəkildə verilib.