Azərbaycanda hamilə qadın 5 yaşlı oğlu ilə birlikdə yoxa çıxdı
Bütün Xəbərlər
15:17 16.04.2013
1087
Gəncədə 25 yaşlı qadın azyaşlı uşağı ilə birlikdə itkin düşüb.AZXEBER.COM-un məlumata görə, 1988-ci il təvəllüdlü Tərlan Hüseynova 2008-ci il təvəllüdlü oğlu Fərid İsayevlə birlikdə aprelin 11-də evdən çıxıb və bir daha geri qayıtmayıb.İtkin düşmüş qadının anası Dilşad Hüseynovanın verdiyi məlumata görə, qızı ailəsi ilə birlikdə Moskvada yaşayıb və yalnız 2-3 ay olar ki, Gəncəyə köçüblər. Onun sözlərinə görə, qonşular qızın gecə saat 3:50-4:00 radələrində evdən çıxaraq qara rəngli “Mercedes” markalı avtomobilə mindiyini görüblər. Qadının həm də hamilə olduğu bildirilir.