Azərbaycanda hamilə qadın dəm qazından zəhərləndi

SOSİAL
16:43 10.01.2022
158
Şabranda hamilə qadın dəm qazından zəhərlənib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Qərənfil Ağayar qızı Tapdıqlı hamam otağında huşsuz vəziyyətdə tapılıb.

O, təcili tibbi yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Q.Tapdıqlıya xəstəxanada dəm qazından zəhərlənmə diaqnozu qoyulub.

Xəstəyə tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR