Azərbaycanda hamını dəhşətə salan cinayətin pərdə arxası məqamları - VİDEO

Azərbaycanda hamını dəhşətə salan cinayətin pərdə arxası məqamları -  VİDEO
Bütün Xəbərlər
00:56 19.11.2013
2056

"Space Tv"də hər çərşənbə günü saat 23:00-da efirə gedən Cinayət Məqamında bu dəfə Sumqayıtda qeydə alınan ağır cinayət hadisəsi müzakirəyə çıxarılacaq.

AZXEBER.COM-un məlumatına görə, narkotik maddə alüdəçisi olan ər həbsxanadan çıxandan sonra öz keçmiş həyat yoldaşını və qaynanasını qətlə yetirir.

Könüllü polisə təslim olan Zöhrab cinayətinə boşandığı keçmiş həyat yoldaşının yenidən başqa birisi ilə evlənmək istəməsinin səbəb olduğunu bildirir.

Qətlə yetirilmiş Tehranənin Zöhrabla nigahdan olan 2 övladı indi ahıl babaların himayəsində qalıb.

10 il sürən ailə həyatının necə faciə ilə yekunlaşması , “ağ ölümə” qarşı mübarizə , boşanmanın milli problemləri şair, publisist Çingiz Əlioğlunun və psixoloq Günel Aslanovanın şərhləri ilə yadda qalacaq

Cinayət Məqamında sevimli aktyor Rəhman Rəhmanov oğlu ilə birgə narkotikə qarşı mübarizəsindən danışacaq.

OXŞAR XƏBƏRLƏR