Azərbaycanda hansı nazir məzuniyyətə çıxıb, hansı çıxa bilməyib?

MARAQLI
21:34 02.09.2011
2309

Yay insanlar üçün həm də məzuniyyət fəsli kimi xarakterizə olunur. Azərbaycan Əmək Məcəlləsinə görə, hər bir işçinin iş yerinin və vəzifəsinin saxlanılması şərtilə məzuniyyət hüququ var. Yay fəslinin ən axırıncı ayı avqustu geridə qoyduq. 3 aylıq yay fəslində hər kəs imkanı daxilində çalışdı ki, məzuniyyətə çıxıb işlədiyi bir ilin yorğunluğunu çıxarsın. Heç şübhəsiz hamı kimi nazirlərdən də məzuniyyətə çıxanlar oldu. Amma deyəsən mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən yüksək çinli məmurlardan bəziləri bu il məzuniyyətə çıxmağa hələ macal tapmayıb.

AZXEBER.COM-un məlumatına görə, modern.az-ın əməkdaşı nazirlərin məzuniyyətə çıxıb-çıxmadıqlarını dəqiqləşdirmək üçün mətbuat xidmətlərindən cavab öyrənməyə çalışıb.

Sənaye və Energetika Nazirliyininmətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirib ki, nazir Natiq Əliyev hal-hazırda məzuniyyətdədir. “Cənab nazirin harda dincəlməsi barədə məlumatım yoxdur. Qanunun tələblərinə uyğun olaraq o da məzuniyyətə çıxıb və yaxın vaxtlarda işə qayıdacaq”.

Vergilər NazirliyininAnalitik informasiya mərkəzinin rəhbəri Mehdi Mirsəlimov bildirib ki, nazir Fazil Məmmədov bu il məzuniyyətdə olub. Nazirin artıq istirahətdən qayıtdığını deyən müsahibimiz onun necə gün məzuniyyətdə olduğunu və məzuniyyətini harda keçirdiyini şəxsi məlumat olduğuna görə açıqlamaq istəməyib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyininmətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə qeyd edib ki, nazir Əli Abbasov bu il hələ məzuniyyətə çıxa bilməyib. Bu da Əli müəllimin gərgin iş qrafiki ilə bağlıdır. “Cənab nazir hələ məzuniyyətə getməyib və iş başındadır. Bundan sonra məzuniyyətə gedib-getməyəcəyi isə bəlli deyil”.

Daxili İşlər Nazirliyininmətbuat xidmətinin rəis müaviniEhsan Zahidovun sözlərinə görə, nazir Ramil Usubov bu il məzuniyyətdə olub və hazırda vəzifəsinin icrasını davam etdirir.

Mədəniyyət və Turizm Nazirliyininmətbuat katibi İntiqam Hümbətov da nazir Əbülfəs Qarayevin qısa müddətlik də olsa, məzuniyyətə çıxdığını qeyd edib. “Bildiyim qədər cənab Əbülfəz Qarayev 10 günlük məzuniyyətdə olub. Amma artıq işə qayıdıb və vəzifəsinin icrasını davam etdirir”.

Sorğumuzla bağlı sırada digər nazirlər olacaq...

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura