Azərbaycanda hansı universitetlər pis tanınır? - SİYAHI
SOSİAL
13:22 08.07.2016
4065
Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi (MTM) 2016-cı ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.AZXEBER.COM MTM-nın iyun azı üzrə universitetlərlə bağlı analizini təqdim edir.2016-cı ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 12735 xəbər yerləşdirilib. Bunlardan 225 xəbər mənfi, 229 xəbər müsbət və 12281 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Bakı Dövlət Universiteti (53 xəbər – şikayət, tələbələrin təqaüdlərinin verilməməsi, rektorun qalmaqallı biblioqrafiyası), Texniki Universitet (40 xəbər – rektor haqqında olan iddialar). Müsbət xəbərlər arasında liderlər: Memarlıq və İnşaat Universiteti (119 xəbər – universitetin əməkdaşlarının təltif olunması), Mühəndislik Akademiyası (55 xəbər – rektorun təltif olunması), İqtisad Universiteti (25 xəbər – regionun ən yaxşı universitetləri sırasında olması).Xəbər sayına görə sıralama:1. Bakı Dövlət Universiteti 1247 xəbər2. İqtisad Universiteti 1137 xəbər3. Bakı Slavyan Universiteti 792 xəbər4. Texniki Universitet 722 xəbər5. Neft və Sənaye Universiteti 688 xəbər Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1595 xəbər dərc edilib. Bu xəbərlərdən 1562-si neytral, 33-ü isə müsbət xəbərlərdir. Müsbət xəbərlər arasında liderlər: Memarlıq və İnşaat Universiteti (9 xəbər – universitetin əməkdaşlarının təltif olunması), İqtisad Universiteti (8 xəbər – regionun ən yaxşı universitetləri sırasında olması), Mühəndislik Akademiyası (7 xəbər – rektorun təltif olunması). İyun ayında bu sektorla əlaqəli yazılı mətbuatda mənfi xəbər verilməyib.Xəbər sayına görə sıralama:1. Bakı Dövlət Universiteti 207 xəbər2. İqtisad Universiteti 174 xəbər3. Texniki Universitet 114 xəbər4. Bakı Slavyan Universiteti 105 xəbər5. Pedaqoji Universitet 85 xəbərİyun ayında televiziya kanallarında universitetlər haqqında 392 xəbər göstərilib.Xəbər sayına görə sıralama:1. Bakı Dövlət Universiteti 54 xəbər2. ADA Universiteti 34 xəbər3. Neft və Sənaye Universiteti 30 xəbər4. İqtisad Universiteti 27 xəbər