Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar və qar yağacaq

Azərbaycanda hava şəraiti dəyişəcək, sulu qar və qar yağacaq
Bütün Xəbərlər
13:11 10.12.2013
1027
Sabah Azərbaycan ərazisində hava dəyişəcək, temperatur bir neçə dərəcə enəcək, bəzi yerlərdə sulu qar və qar yağacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin axşama doğru Bakı və Abşeron yarımadasının bəzi yerlərində yağıntılı olacaq. Şimal küləyi güclənəcək.Bakı və Abşeron yarımadasında dekabrın 11-də günün birinci yarısında havanın temperaturu 6-8, ikinci yarısında isə 1-3 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR