Bu gün ölkə ərazisində havanın temperaturu bir qədər aşağı enəcək, bəzi yerlərdə yağış yağacaq.
Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.Məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.Havanın temperaturu 22-24° isti təşkil edəcək.Azərbaycanın rayonlarında isə havanın temperaturu 21-26° isti olacaq.Əsasən, axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.












































