Azərbaycanda hava şəraiti kəskin dəyişəcək - PROQNOZ

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək -  PROQNOZ
Bütün Xəbərlər
13:24 06.05.2013
2765

Azərbaycanda havanın temperaturu 10 dərəcəyə kimi enəcək.

Uzun müddət davam edən anomal hava şəraitindən sonra mayın 7-i axşamdan başlayaraq, ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, yaxın 2-3 gün ərzində temperaturun tədricən 5-10 dərəcə enəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müaviniGülşad Məmmədovabazar ertəsiTrend-ə bildirib ki, mayın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Günün ikinci yarısında şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. Uzun müddət davam edən anomal hava şəraitindən sonra mayın 7 və 8-də Abşeron yarımadasında hava şəraitinin təzadlı keçməsi, xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatçılıq hissi yarada bilər. Mayın 9-da gündüz və 10-da biometeoroloji amillərin norma daxilində tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq. Məmmədova deyib ki, mayın 7-i günün ikinci yarısından bəzi şimal və qərb rayonlarından, axşam isə əksər rayonlarda hava şəraitinin dəyişiləcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 25-30 dərəcə isti olacaq.

OXŞAR XƏBƏRLƏR