Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, sulu qar və qar yağacaq
Bütün Xəbərlər
13:46 22.11.2011
1633
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, noyabrın 23-də günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, günün ikinci yarısından başlayaraq havanın tutqun olacağı, axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, günün ikinci yarısından güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.Məlumata görə, Azərbaycanın rayonlarında noyabrın 23-də hava şəraitinin gecə və səhər bəzi yerlərdə dumalı, çiskinli olacağı, günün ikinci yarısından dəyişiləcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 9-14 dərəcə şaxta təşkil edəcək.