Azərbaycanda havanın mülayim keçməsinin səbəbləri açıqlandı
Bütün Xəbərlər
12:52 29.11.2012
962
Ölkə ərazisində hava şəraitinin mülayim keçməsinin səbəbləri açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya bildirib ki, belə hava şəraiti noyabrın sonu-dekabrın ilk günləri üçün bir qədər mülayimdir: “Hazırda Azərbaycan ərazisi nisbətən yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında yerləşir.Bununla yanaşı, hazırda bütün Cənubi Qafqaz, o cümlədən Azərbaycan ərazisi İran və İraq ərazisindən gələn nisbətən mülayim hava cərəyanlarının təsiri altındadır. Belə sinoptik şərait temperaturun bir qədər yüksəlməsinə səbəb olur”.