Azərbaycanda həbs müddətinin yuxarı həddi artırıldı

Azərbaycanda həbs müddətinin yuxarı həddi artırıldı
Bütün Xəbərlər
19:26 18.06.2014
1066
Prezident İlham Əliyev “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb.  AZXEBER.COM xəbər verir ki, sənədə əsasən, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda, azadlıqdan məhrum etmənin yuxarı həddi 20 (indiyədək 15 olub) ildən, hökmlərin məcmusu üzrə isə 25 (indiyədək 20 olub) ildən artıq ola bilməz.

Bundan başqa, dəyişikliyə əsasən, cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.

OXŞAR XƏBƏRLƏR