Azərbaycanda həbsdə olan gənc güləşçi azadlığa buraxıldı

Azərbaycanda həbsdə olan gənc güləşçi azadlığa buraxıldı
İDMAN
18:34 18.11.2021
497
Azərbaycanda yunan-Roma güləşçisi Fərid Zeynalabdinov azadlığa buraxılıb.

AZXEBER.COM-un məlumatına görə, bu barədə onun vəkili Aqil Layic məlumat verib.

O bildirib ki, F.Zeynalabdinov bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotikə görə saxlanılıb:

"Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra Fərid Zeynalabdinovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək onun azadlığa buraxılması ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə müraciətimizi təmin etməyib”.

Vəkil deyib ki, birinci instansiya məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib:

"Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə müraciətimiz təmin olundu və Fərid Zeynalabdinov ev dustaqlığına buraxıldı.

Məhkəmə kollegiyası Fərid Zeynalabdinovun təhsilini və idmandakı gələcəyini nəzərə alaraq ədalətli qərar çıxardığına görə onun ailə üzvləri və öz adımdan hakimə təşəkkür edirəm”.

A.Layic söyləyib ki, F.Zeynalabdinov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kurs tələbəsidir.

Qeyd edək ki, F.Zeynalabdinov yunan-Roma güləşi üzrə Azərbaycanı 2018-ci ildə Avropa çempionatında təmsil edib. Həmçinin o, ölkə çempionatlarında bir sıra titullar qazanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
19:18 26.07.2026
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
19:04 26.07.2026
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
18:53 26.07.2026
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
18:44 26.07.2026
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
18:38 26.07.2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
İrlandiyada türk məscidinə hücum edilib
18:33 26.07.2026
İrlandiyada türk məscidinə hücum edilib
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
18:29 26.07.2026
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
18:17 26.07.2026
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
“Buna görə Ukraynaya cavab verəcəyik”
18:10 26.07.2026
“Buna görə Ukraynaya cavab verəcəyik”
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
18:06 26.07.2026
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
18:00 26.07.2026
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
17:53 26.07.2026
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
17:47 26.07.2026
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
17:38 26.07.2026
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
17:29 26.07.2026
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
17:22 26.07.2026
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb