Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi

Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi
İDMAN
02:50 24.10.2026
134
İngiltərənin "Arsenal” və "Liverpul” klubları Türkiyənin "Qalatasaray” komandasında çıxış edən Aleksey Batrakovu transfer etmək istəyir.

TEAMtalk nəşri xəbər verir ki, hər iki klubun skautları bu həftə UEFA turnirində keçirilən "Lill” – "Qalatasaray” matçını izləyiblər.

İstanbul təmsilçisinin 4:2 hesabı ilə qalib gəldiyi görüşdə 21 yaşlı rusiyalı yarımmüdafiəçi də fərqlənib. "Mançester Yunayted”, "Çelsi” və "Mançester Siti” klublarının da yaydan etibarən futbolçunu izlədiyi bildirilir.

Batrakov yay transfer pəncərəsində Moskva "Lokomotiv”indən 25 milyon avroya "Qalatasaray”a keçib. İngiltərə klublarının Rusiya təmsilçiləri ilə birbaşa transfer danışıqları aparmasına mane olan sanksiyalar onun Türkiyə klubuna transferindən sonra mümkün maraqlı tərəflər üçün əngəl yaratmır.

Rusiyalı futbolçu yeni komandasında uğurlu çıxışı ilə diqqət çəkib. O, ilk altı start oyununda iki qol vurub və iki məhsuldar ötürmə verib.

"Qalatasaray” futbolçunu komandada saxlamaq istəsə də, müqaviləsindəki xüsusi bənd İngiltərə klublarının marağını daha da artırır. Belə ki, Batrakovun müqaviləsində İngiltərə, İspaniya, İtaliya və Almaniya klubları üçün təxminən 50 milyon funt-sterlinq məbləğində sərbəstqalma maddəsi yer alır.

Həmin məbləğin ödənilməsi "Qalatasaray”a futbolçunun satışından təxminən ikiqat gəlir əldə etmək imkanı verə bilər.
 
///teleqraf///

OXŞAR XƏBƏRLƏR