Premyer Liqa: “Araz-Naxçıvan” “Qəbələ”ni, “Zirə” “Sumqayıt”ı qəbul edir

Premyer Liqa: “Araz-Naxçıvan” “Qəbələ”ni, “Zirə” “Sumqayıt”ı qəbul edir
İDMAN
09:07 23.10.2026
96
Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

Turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Araz-Naxçıvan” "Qəbələ”ni qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.

Günün digər qarşılaşmasında isə "Zirə” "Sumqayıt”la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 19:00-da start götürəcək.

Azərbaycan Premyer Liqası

IX tur

23 oktyabr

15:00. "Araz-Naxçıvan” – "Qəbələ”

Hakimlər: Əkbər Əhmədov, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Fərid Hacıyev

VAR: Nicat İsmayıllı

AVAR: Tərlan Talıbzadə

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: İlham Əliyev

Şamaxı şəhər stadionu

19:00. "Zirə” – "Sumqayıt”

Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, İslam Məmmədov

VAR: Kamal Umudlu

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Zirə İdman Kompleksi

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının IX turuna oktyabrın 25-də yekun vurulacaq.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR