Azərbaycanda həbsxanada qanlı dava: ölən var

Azərbaycanda həbsxanada qanlı dava: ölən var
Bütün Xəbərlər
17:34 24.09.2014
2228
Bakı həbsxanasında ölümlə nəticələnən dava baş verib.
AZXEBER.COM-un lent.az-a istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində qanlı hadisə baş verib.
Həmin həbsxanada cəza çəkən Əmrahov Vüqar Şahismayıl oğlu və qardaşı Anar Əmrahov digər məhbus Elşən Əliyevlə mübahisə ediblər. Mübahsiə daha sonra dava-dalaşa çaverilib və qardaşlar E.Əliyevə kətillə bir neçə zərbə endiriblər.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E.Əliyev 4 gün sonra keçinib.
Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, hadisəni törədən qardaşlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), qətlə yetirilən E.Əliyev isə 234-cü (narkotik vasitələr) maddəsi ilə məhkum edilibmiş.
OXŞAR XƏBƏRLƏR