Azərbaycanda həftə ərzində müşahidə olunacaq hava şəraiti açıqlandı

Azərbaycanda həftə ərzində müşahidə olunacaq hava şəraiti açıqlandı
Bütün Xəbərlər
12:03 25.12.2014
1073
Yaxın 3 gün ərzində Azərbaycanda küləkli hava şəraiti olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman gözlənilir. Şimal qərb küləyi səhər mülayimləşək, günün ikinci yarısında arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti proqnozlaşdırılır.Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.
OXŞAR XƏBƏRLƏR