Azərbaycanda həkim yeni doğulan körpəni lal və kor etdi - FOTOFAKT

SAĞLAMLIQ
17:30 23.09.2014
20795

Azərbaycanda növbəti həkim məsuliyyətsizliyi daha bir uşağın öz sağlamlığını itirməsi ilə nəticələnib. AZXEBER.COM-un redaksiyasına müraciət edən Sevil Əliyeva adlı şikayətçi nəvəsinin həkimlərin səhlənkarlığı nəticəsində beyin iflici kecirdiyini deyir:

“24 fevral 2014-cü ildə uşaq 2 saylı doğum evində normal doğuşla dünyaya gəlib. 3 kq 500 qram olan uşaq anadan olan zaman bağırsaq dolaşması ilə dünyaya gəldiyi üçün onu küvetə yerləşdirmək lazım olub. Ancaq doğum evində aparatın olmadığı deyilib. 8 saatdan sonra küvet gətirilib. Bu müddət ərzində uşaq sağlamlığını itirib.

Anadan olan uşağın gözlərini açmadığını və ağlamadığını deyən nənə bunu həkim səhlənkarlığı adlandırıb: Uşağın həkimi Təravət Məmmədovanın səhlənkarlığı nəticəsində uşağımız sağlamlığını itirdi, onu kar və lal olub.

Uşağın həkimi Təravət Məmmədova isə uşağın belə olmasına səbəb kimi ana bətnində uşağın beyin iflici keçirdiyini deyir.

Uşağın nənəsi 9 ay ərzində ultrason müayinədən keçən gəlinində və uşaqda heç bir problemin olmadığını deyir: "Gəlinimin doğuşa qədər heç bir problemi yox idi. O 2 saylı doğum evində 4 gün qaldıqdan sonra evə buraxılanda vəziyyəti kafi idi. Ordan çıxandan sonra Mərkəzi Klinikaya yerləşdirilən uşaq 3 gün klinikada qaldıqdan sonra , K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya Instituna yerləşdirilib. Uşağı müayinə edən həkim Aygün Rüstəmxanlı uşağa beyin iflici diaqnozu qoyub. Vəziyyəti ağır olduğundan renaimasiyaya yerləşdirilən uşaq 25 gün komada qaldıqdan sonra gözlərini açmağa başlayıb. Buna baxmayaraq uşaq indi nə eşidir, nə görür. Ankara və İranda müayinə olunan uşağın hələ ki, səhhətində heç bir irəliləyiş yoxdur".

Uşağın nənəsi həkimin cəzalandırılmasını tələb edir: “Mənim istəyim odur ki, nəvəmi bədbəxt edən həkim Təravət Məmmədova cəzalandırılsın, istəmirəm ki. başqalarının da övladlarını bədbəxt etsinlər. Mən burdan Səhiyyə Naziri Oqtay Şirəliyeva səslənirəm və ondan xahiş edirəm ki, həkimin layiqincə cəzalanmasına yardımçı olsun. Biz bu uşağın doğuşunu illərdir ki, gözləyirdik. Balaca Xalid ailənin 4 ildən sonra olan birinci övladıdır. Allah onu bu duruma salanların bəlasını versin.  Qarşı tərəf kimi 2 saylı doğum evi ilə əlaqə saxlamaq istəsək də, cəhdimiz uğursuz alındı. Qarşı tərəfin də mövqeyini işiqlandırmağa hazırıq. Günel Şükürova

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb