Azərbaycanda növbəti həkim məsuliyyətsizliyi daha bir uşağın öz sağlamlığını itirməsi ilə nəticələnib. AZXEBER.COM-un redaksiyasına müraciət edən Sevil Əliyeva adlı şikayətçi nəvəsinin həkimlərin səhlənkarlığı nəticəsində beyin iflici kecirdiyini deyir:
“24 fevral 2014-cü ildə uşaq 2 saylı doğum evində normal doğuşla dünyaya gəlib. 3 kq 500 qram olan uşaq anadan olan zaman bağırsaq dolaşması ilə dünyaya gəldiyi üçün onu küvetə yerləşdirmək lazım olub. Ancaq doğum evində aparatın olmadığı deyilib. 8 saatdan sonra küvet gətirilib. Bu müddət ərzində uşaq sağlamlığını itirib.
Anadan olan uşağın gözlərini açmadığını və ağlamadığını deyən nənə bunu həkim səhlənkarlığı adlandırıb: Uşağın həkimi Təravət Məmmədovanın səhlənkarlığı nəticəsində uşağımız sağlamlığını itirdi, onu kar və lal olub.
Uşağın həkimi Təravət Məmmədova isə uşağın belə olmasına səbəb kimi ana bətnində uşağın beyin iflici keçirdiyini deyir.
Uşağın nənəsi 9 ay ərzində ultrason müayinədən keçən gəlinində və uşaqda heç bir problemin olmadığını deyir: "Gəlinimin doğuşa qədər heç bir problemi yox idi. O 2 saylı doğum evində 4 gün qaldıqdan sonra evə buraxılanda vəziyyəti kafi idi. Ordan çıxandan sonra Mərkəzi Klinikaya yerləşdirilən uşaq 3 gün klinikada qaldıqdan sonra , K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya Instituna yerləşdirilib. Uşağı müayinə edən həkim Aygün Rüstəmxanlı uşağa beyin iflici diaqnozu qoyub. Vəziyyəti ağır olduğundan renaimasiyaya yerləşdirilən uşaq 25 gün komada qaldıqdan sonra gözlərini açmağa başlayıb. Buna baxmayaraq uşaq indi nə eşidir, nə də görür. Ankara və İranda müayinə olunan uşağın hələ ki, səhhətində heç bir irəliləyiş yoxdur".
Uşağın nənəsi həkimin cəzalandırılmasını tələb edir: “Mənim istəyim odur ki, nəvəmi bədbəxt edən həkim Təravət Məmmədova cəzalandırılsın, istəmirəm ki. başqalarının da övladlarını bədbəxt etsinlər. Mən burdan Səhiyyə Naziri Oqtay Şirəliyeva səslənirəm və ondan xahiş edirəm ki, həkimin layiqincə cəzalanmasına yardımçı olsun. Biz bu uşağın doğuşunu illərdir ki, gözləyirdik. Balaca Xalid ailənin 4 ildən sonra olan birinci övladıdır. Allah onu bu duruma salanların bəlasını versin. Qarşı tərəf kimi 2 saylı doğum evi ilə əlaqə saxlamaq istəsək də, cəhdimiz uğursuz alındı. Qarşı tərəfin də mövqeyini işiqlandırmağa hazırıq. Günel Şükürova
![](/file/pic/xeber/2014-09-23/54127.jpg)
![](/file/pic/xeber/2014-09-23/54129.jpg)
![](/file/pic/xeber/2014-09-23/54132.jpg)
![](/file/pic/xeber/2014-09-23/54136.jpg)