'Azərbaycanda hər həftənin başında mitinq keçirməklə hansısa istəyə nail oluna bilməz'
Bütün Xəbərlər
15:49 10.05.2012
1228
Əli Əhmədov: "Azərbaycanda hər həftənin başında mitinq keçirməklə hansısa istəyə nail oluna bilməz" Azərbaycanda hər həftənin başında mitinq keçirməklə hər hansı bir siyasi partiya hansısa istəyinə nail ola bilməz. Bunu jurnalistlərə İctimai Palatanın intensiv mitinq keçirməsinə münasibət bildirərkən hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib."Əgər onların istəyi Azərbaycan vətəndaşlarının istəyi ilə üst-üstə düşsəydi, mitinq keçirməklə insanların dəstəyini əldə edə bilərdilər. Amma hər həftə mitinq keçirməklə onlar açıq şəkildə görürlər ki, vətəndaşlar onların mövqeyini dəstəkləmir. Hesab edirəm ki, bu, həddən artıq ucuz bir siyasi taktikadır", - Əhmədov əlavə edib.YAP rəsmisinin sözlərinə görə, görünür ki, onlar ölkədə sabitliyin pozulmasını arzu edirlər.