Hadisə Beyləqan rayonunda baş verib
Beyləqanda hərbçi qanlı hadisə törədib.
AZXEBER.COM-un JUR.Az saytına istinadən xəbər verir ki, Beyləqan rayonunda N saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusu (MAHQ) Füzuli Məmmədov qardaşı arvadı Səfərova Tünzalə Ramiz qızını baltalayıb. Nəticədə T.Səfərova başından və bədəninin müxtəlif nahiyələrindən balta zərbələri alıb. Yaralı hazırda Beyləqan rayon Mərkəzi xəstəxanasında müalicə olunur. Məlumata görə, hadisə tərəflər arasında torpaq alqı-satqısı zamanı yaranıb. Beyləqan rayon Mərkəzi Xəstəxanasından verilən məlumat görə, Tünzalə Safərovanın vəziyyəti ağır olaraq qalmaqdadır. Onuda əlavə edək ki, cinayəti törədən hərbçi Beyləqan rayon polis şöbəsinin əməkdaşları trəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.