Azərbaycanda hərbçi tabor komandirini güllələdi

Azərbaycanda hərbçi tabor komandirini güllələdi
Bütün Xəbərlər
16:21 15.05.2014
1908
Azərbaycan Ordusunda qətl törədilib.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) İlkin Yaşar oğlu Məhərrəmovun tabeliyindəki avtomat silahdan atəş açılıb. 
Nəticədə güllə tabor komandiri mayor Emil Əlihüseyn oğlu Əsgərliyə dəyib. Zabit aldığı güllə yarasından dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanıb, hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR