Azərbaycanda hərbçilər qəzaya uğradılar: 4 ölü, 7 yaralı

Azərbaycanda hərbçilər qəzaya uğradılar: 4 ölü, 7 yaralı
Bütün Xəbərlər
10:00 18.05.2013
1675

Bu gün səhər saatlarında Quba rayonunda içərisində hərbçilərin olduğu maşın qəzaya düşüb.

AZXEBER.COM-un Regional TV-yə istinadən verdiyi xəbərə görə, Daxili Qoşunlara məxsus olduğu bildirilən “Ural” markalı maşının Atuc kəndi yaxınlığında dərəyə yuvarlanması nəticəsində ilkin ehtimala görə, 4 nəfər ölüb, 7 nəfər yaralanıb. Quba rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

OXŞAR XƏBƏRLƏR