Azərbaycanda hərbçilərin maaşı qaldırıldı

Azərbaycanda hərbçilərin maaşı qaldırıldı
Bütün Xəbərlər
10:48 25.06.2013
2426

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

AZXEBER.COM-un məlumatına görə, sərəncam Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə verilib. Sərəncama görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılıb.

OXŞAR XƏBƏRLƏR