Azərbaycanda hərbi and içən əsgərlərin gözü qarşısında qan töküldü
Bütün Xəbərlər
16:05 25.11.2013
1289
Övladlarını hərbi xidmətə yola salan valideynlərin üstündə qan töküldü. Hadisə Cəlilabad rayonunda Privolnoye kəndinin ərazisindəki çayxanada törədilib.Kənd ərazisindəki hərbi hissəyə yaxın olan çayxanada işləyən Müşviq Qasımovobyektin sahibi Hafiz Musayevi bıçaqlayıb.Cəlilabad Rayon Polis Şöbəsindən verilən məlumata görə, hərbi hissədə andiçmə mərasimi keçirilirmiş. Mərasimə qatılan valideynlər tədbirdən sonra övladları ilə birlikdə həmin çayxanaya gələrək gətirdikləri sovqatı yeyiblər. Lakin çayxananın sahibi işçisi Müşviqə deyib ki, həmin valideynlərdən xidmət haqqı alsın. Müşviq buna etiraz etdikdə Hafiz əsəbləşərək onu döyüb. Müşviq isə çayxanadakı bıçağı götürərək müdirini yaralayıb.Faktla bağlı cinayət işi başlanıb, M.Qasımov tutulub.(milli.az)