Azərbaycanda hərbi təlim zamanı tank aşıb, ölən var

Azərbaycanda hərbi təlim zamanı tank aşıb,  ölən var
Bütün Xəbərlər
10:47 18.02.2013
1677

Azərbaycanda hərbi təlim zamanı ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə fevralın 15-də Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Hərbi təlim zamanı müddətdən artıq xidmət edən hərbi qulluqçu Müşfiq Qəzənfər oğlu Bəylərovun idarə etdiyi tank xəndəyə düşərək aşıb. M. Bəylərov tankdan çıxmaq istəyərkən texnikanın altında qalaraq ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur AbdullayevAPA-ya əsgərin qəza nəticəsində dünyasını dəyişməsi faktını təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR