Hər iki faktla bağlı araşdırmalar aparılır.
Bakıda və Balakəndə yanğın olub.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və qazanxananın ətrafına yığılmış məişət tullantıları 5 kv.m sahədə yanıb.
Qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər hadisə Balakən rayonunda baş verib. Balakən rayonu, Şərif kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 840 kv.m olan birmərtəbəli orta məktəbin yanar konstruksiyaları 125 kv.m (1 sinif otağının, müəllimlər otağının, dəhlizin yanar konstruksiyaları və əşyaları 110 kv.m və 1 sinif otağının tavanı 15 kv.m) sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.