Azərbaycanda ilk dəfə Bakı Retina Beynəlxalq Elmi Konfransı keçirilib

Azərbaycanda ilk dəfə Bakı Retina Beynəlxalq Elmi Konfransı keçirilib
SOSİAL
11:50 29.10.2025
153

Azərbaycanda ilk dəfə Bakı Retina Beynəlxalq Elmi  Konfransı keçirilib.

Azərbaycanda ilk dəfə retina xəstəliklərinə həsr olunmuş beynəlxalq səviyyəli elmi tədbir — Bakı Retina Beynəlxalq Elmi Konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti (ATU) Oftalmologiya kafedrasının tərəfdaşlığı ilə təşkil olunub. Tədbir oftalmologiyanın ən mühüm istiqamətlərindən biri olan retina xəstəliklərinin diaqnostika və müalicəsində müasir yanaşmalara həsr edilib.

ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan çıxışında konfransın oftalmologiya sahəsində bilik və bacarıqların artırılmasına, eləcə də müasir trendlərin öyrənilməsinə böyük imkan yaratdığını vurğulayıb.Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur öz çıxışında sahədə baş verən yeniliklərdən bəhs edərək, beynəlxalq elmi əməkdaşlığın oftalmologiyanın gələcək inkişafı üçün vacibliyini qeyd edib.



Konfransın elmi hissəsinə tibb elmləri doktoru, vitreo-retinal cərrah Tural Qəlbinur sədrlik edib. O, tədbirin Azərbaycanın oftalmologiya icması üçün yeni bir mərhələ açdığını bildirib. "Bu konfrans həm yerli, həm də xarici mütəxəssislər üçün təcrübə mübadiləsi və yeni elmi tərəfdaşlıqlar qurmaq baxımından unikal imkandır”, – deyə o qeyd edib: "Tədbirimizdə 11 ölkədən 21 tanınmış spiker retina xəstəliklərinin diaqnostika və müalicəsində tətbiq olunan ən son elmi yeniliklər, qabaqcıl texnologiyalar və innovativ yanaşmalar haqqında məruzələrlə çıxış edirlər. Bunun, iştirakçılar üçün yalnız nəzəri bilikləri artırmaq deyil, həm də beynəlxalq miqyasda təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələr qurmaq baxımından geniş imkan yaradacağına inanıram".


Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Elmi Tibbi Şura tərəfindən Davamlı Tibbi Təhsil (DTT) kredit balı ilə akkreditasiya olunub. Bu, iştirakçıların əldə etdiyi bilik və təcrübələrin rəsmi şəkildə tanınmasına zəmanət verir.
Tədbir, oftalmologiya sahəsində fəaliyyət göstərən həkim və mütəxəssislər üçün peşəkar inkişaf, beynəlxalq əməkdaşlıq və yeni perspektivlər baxımından mühüm platforma kimi qiymətləndirilib. İştirakçılar həm ən son elmi nailiyyətlərlə tanış olub, həm də öz təcrübələrini bölüşərək sahənin inkişafına töhfə veriblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika