Azərbaycanda ilk dəfə gitara festivalı keçiriləcək

GƏNCLİK
01:22 18.11.2011
1783

Azərbaycanda ilk dəfə “Desperado Gitara Festivalı” keçiriləcək.

AZXEBER.COM-un məlumatına görə, festival 26 noyabr saat 15:00-da baş tutacaq. Desperado Musiqi Məktəbinin icraçı direktoru Murad Seyidovun dediyinə görə, “Desperado Musiqi Məktəbi”-nin təşkil etdiyi Azərbaycandakı İlk Gitara Festivalı elan olunan andan etibarən bütün gitarasevərlərin marağına səbəb olub. İlk dəfə keçiriləcək Festivalda professional gitaristlərlə yanaşı həvəskar gitaristlər də iştirak edə bilər.

Layihənin keçirilməsində əsas məqsəd Azərbaycanda gitaraya olan marağı daha da artırmaq və gənc potensialları üzə çıxarmaqdır.

Qeyd edək ki, AZXEBER.COM xəbər portalı festivalın rəsmi informasiya dəstəkçisidir. 

OXŞAR XƏBƏRLƏR