İstehlak mallarının qiymətləri və xidmət tarifləri on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 1,2 faiz bahalaşıb.AZXEBER.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, noyabr ayında oktyabr ayı ilə müqayisədə isə 1,0 faiz bahalaşma olub.Oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,3 faiz, xidmət tarifləri 0,1 bahalaşıb.İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətlərində 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətlərində isə 1,1 faiz və xidmət tariflərində 1,3 faiz bahalaşma müşahidə edilib.Qeyd edək ki, oktyabrda illik inflyasiya 1,3 faizi olub. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymət və tariflər on ay ərzində 1,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, xidmət tarifləri 1,3 faiz bahalaşıb.