Azərbaycanda "İnstagram"da 500 manata "uşaq" satırlar – FAKTLAR + ARAŞDIRMA

Azərbaycanda "İnstagram"da 500 manata "uşaq" satırlar – FAKTLAR + ARAŞDIRMA
SOSİAL
15:07 09.09.2021
2857

Son illər sosial şəbəkələrdə Azərbaycanda işsiz və pula ehtiyyacı olan qadınlar üçün yeni iş imkanı adı altında müxtəlif təkliflər irəli sürülür. Bunların başında folekul donor olmaq təklifi durur ki, bu da insan al-verinin bir digər növüdür.

Xüsusən "İnstagram” sosial şəbəkəsində folekul satışının həyata keçirildiyi yüzlərlə səhifələr var. Bu səhifələr açıq səviyyədə qadınların işsiz və pula ehtiyacı olmasından istifadə edərək onlara təkliflər irəli sürür.

 

Yəni, pula ehtiyacı olan qadınlar 10 gün ərzində 500-800 manat müqabilində folekul donor olaraq öz yumurta hüceyrələrini tanımadıqları şəxslərə satırlar. Bu yumurta hüceyrələri isə daha sonra müxtəlif süni mayalanma həyata keçirən həkimlər tərəfindən sonsuzluq yaşayan qadınlara iki və ya üç qat baha qiymətə satılır.

Satışın "İnstagram”da keçirilməsinin bir digər səbəbi həm də yumurta hüceyrələrinin heç bir rəsmi qeydiyyat aparılmadan götürülməsidir.

AZXEBER.COM olaraq apardığımız araşdırmalar nəticəsində bu səhifələri işlədənlərin daha çox həkim asistentləri olduğunu görmüş olduq.

Bunun üçün biz də donor adı ilə "instagram”da fəaliyyət göstərən səhifələrdən birinə yazdıq. Aldığımız cavabların daha çox tibb işçisinin verdiyi cavablara bənzədiyini nəzərə alsaq bu iddiamız öz təsdiqini tapır.

"Donor” olaraq suallarımıza cavab verən səhifə admini sonda bizə bu prosesin qanunu olduğunu inandırmağa çalışdı:


 

Həqiqətən də qanunidir?

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndi bu mövzunu tam olaraq əhatə edir.

Bu qanun Azərbaycan Respublikasında insan orqanlarının və toxumalarının (bundan sonra – orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.


AZXEBER.COM-a açıqlamasında vəkil Roman Qaraşov yumurta hüceyrələrinin satışının qanunsuz olduğunu qeyd edir: "Ümumiyyətlə, onu qeyd edim ki, orqan satışı bütün hallarda qanunsuzdur və yolverilməzdir. Azərbaycanda da bunun satışı yolverilməzdir. Düzdür, orqan trasnplantasyası dünya təcrübəsində var. Hər hansı bir vətəndaş öz orqanını bağışlaya bilər, bu, əsasən qohumlar arasında baş tutan bir prosedurdur. Amma burada hər hansı bir əvəzləşdirilmə ola bilməz. Bir şəxs orqanını pul qarşılığında digər şəxsə satırsa, bu, cinayətdir”.

Vəkil sosial şəbəkələrdə ödəniş qarşılığında bu cür satışların həyata keçirilməsinin yolverilməz olduğunu qeyd edib: "Sosial şəbəkələrdə bunun ödəniş qarşılığında alınması, bu adla donorluq da qanunla qadağandır. Bu kimi hallar yolverilməz olaraq qiymətləndirilir”.

Yəni yekunda qanun xüsusi halları izah edir və orqan bağışlanmasının yox, satışının qanunla qadağan olduğunu deyir.

Dünya praktikasında falekul satışı həyata keçirilirmi?

Dünya prkatikasına nəzər salsaq, görərik ki, bu prosedura yol verənlər cinayət məsuliyyətinə cəlb olunur. Bir orqan və ya toxumanın alqı-satqısı, satışına vasitəçilik etmək, qanunsuz yolla əldə edilmiş orqan və ya toxumanı saxlamaq, köçürmək və ya bunu satın almaq məqsədilə reklam etmək cinayət hesab olunur.

Qeyd edək ki, dünyda da bu, pul müqabilində həyata keçirilirsə, qanunsuz hesab olunur. Yəni bəzi hallarda orqan və ya toxuma donorunun razılığı hüquqi cəhətdən etibarlı sayılır. Bu hərəkəti cinayətdən çıxaran razılıq hüquqi cəhətdən etibarlı olmalıdır. Hətta dünyada bununla bağlı cəzalar da var.

Belə ki, bir sıra ölkələrdə qanuni razılığı olmadan bir şəxsdən bir orqan götürən hər kəs 5 ildən 9 ilədək həbs cəzasına məhkum edilir. Cinayətin mövzusu toxumadırsa, iki ildən beş ilədək həbs cəzası verilir.

Məsələn, qardaş Türkiyədə yumurta hüceyrəsinin satışı qanunla birbaşa qadağandır. İranda və digər İslam ölklələrində də bu qaydanın tədbiqi yolverilməz hesab edilir.

Yalnız Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyətdə olan donor banklarında bu proses həyata keçirilir.

Azərbaycanda da bu cür qanunsuz əməllərə yol verənlərin sosial şəbəkələrdə açıq şəkildə fəaliyyət göstərdiyini nəzərə alsaq, bu şəxslərin arxasında bəzi işbaz həkimlərin durduğunu deyə bilərik. Bəs bu orqan ticarətçilərinə kim "dur" deyəcək? Hər halda mövzu ilə bağlı kifayət qədər cavabsız qalan suallar var. 

Aydın Nuri


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü