Bərdə, Ağdam, Tərtər, Ağcabədi rayonlarının İnternetlə təchizatında problemlər yaranıb.
APA-nın xəbərinə görə, bu gün saat 09:00-dan sonra adıçəkilən rayonların sakinləri İnternetdən istifadə edə bilmirlər.
Qeyd edək ki, bu rayonları İnternetlə "Delta Telekom" şirkəti təmin edir.
Sakinlərə bildirilib ki, problem paytaxtdan İnternetin ötürülməməsi bağlıdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi, nazirin müşaviri Müşviq Əmirov APA-ya bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu rayonlara internetin bərpası istiqamətində iş gedir. "Eyni zamanda, problemin hansı səbəbdən qaynaqlandığı araşdırılır. 1-1,5 saata problem həllini tapacaq, bu rayonlara internetin verilməsi bərpa olunacaq", - deyə M.Əmirov vurğulayıb.