Azərbaycanda intihara cəhdlərin qarşısı alındı

Azərbaycanda intihara cəhdlərin qarşısı alındı
Bütün Xəbərlər
18:50 18.04.2014
659
Azərbaycanda iki intihara cəhd hadisəsinin qarşısı alınıb.
AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Masazır qəsəbəsində 1 nəfər intihar məqsədi ilə özünü Masazır gölünə atıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər intihar etmək istəyən vətəndaşı sudan çıxararaq intihara cəhdin qarşısını alıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Qobustan şəhərində 1 nəfər intihar məqsədi ilə qülləyə qalxıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş qüllədən endirilib və aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR