Azərbaycanda İqtisad Məhkəməsinin sədri vəfat etdi

Azərbaycanda İqtisad Məhkəməsinin sədri vəfat etdi
Bütün Xəbərlər
17:25 03.08.2012
1164

İqtisad (Arbitraj) Məhkəməsinin Rəyasət Heyətinin sədri, əməkdar hüquqşünas Flora Əhmədova dünyasını dəyişib.

F. Əhmədova bu gün saat 05.00 radələrində ürək tutmasından vəfat edib. Mərhumə bu gün günorta saatlarında Bakının Yasamal rayon qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Flora Əhmədova 1934-cü il dekabrın 9-da İrəvan şəhərində doğulub. O, uzun illər postsovet məkanında məhkəmə-hüquq sahəsində çalışıb, Azərbaycan müstəqillik qazandıqdan sonra Ədliyyə Nazirliyində və Respublika Məhkəmə-Tibbi Ekspertiza Mərkəzində mühüm postlarda işləyib. Ölkədə məhkəmə islahatları aparılan dövrə – 2000-ci ilə qədər Azərbaycan İqtisad Məhkəməsinin Rəyasət Heyətinin sədri olub.

//APA

OXŞAR XƏBƏRLƏR