'Azərbaycanda 'İşğal olunmuş Ərazilər Günü' olsun''
Bütün Xəbərlər
18:31 12.04.2012
1460
Qarabağ Azadlıq Təşkilatı Şuşanın işğal gününün “İşğal Olunmuş Ərazilər Günü” kimi qeyd olunması təklifi ilə Milli Məclisin sədrinə, millət vəkillərinə, Dağlıq Qarabağın Azərbaycanlı icmasına müraciət göndərib. AZXEBER.COM-un məlumatına götə, müraciətdə deyilir: Qarabağ Azadlıq Təşkilatı Şuşanın işğal gününün “İşğal olunmuş ərazilər günü” elan edilməsi üçün qərarın qəbul olunması təklifi ilə bu günə qədər dəfələrlə Milli Məclisə müarciət etmiş, bu təklifin mətbuatda ictimailəşdirilməsinə çalışmışdır. Gələn ay Şuşanın işğalının 20 ili tamam olur. Bu, hər birimiz üçün kədərli tarixdir. Azərbaycan dövləti və ordusu işğala son qoymaq gücündədir, hamımız həmin günü gözləyirik. Şuşa Qarabağın simvolu, Azərbaycanın qədim mədəniyyət beşiyidir. Bu gün erməni işğalının beynəlxalq birliyin nəzərinə dönə-dönə çatdırılması, xalqımızın düşmənə nifrətinin və işğalla barışmazlığının gücləndirilməsi üçün bütün vasitələrdən istifadə olunmalıdır. Bu mənada bütün işğal tarixlərinin, o cümlədən, vahid bir işğal gününün qeyd olunması əhəmiyyətlidir. Şuşanın Azərbaycan üçün xüsusi önəmini nəzərə alaraq, məhz 8 may, Şuşanın işğal gününün seçilməsi vacibdir. Ona görə də xahiş edirik ki, Şuşanın işğal gününün-8 may tarixinin “İşğal olunmuş Ərazilər Günü” kimi qeyd olunması üçün Milli Məclis tərəfindən qərarın qəbul olunmasına təşəbbüs edəsiniz.