Azərbaycanda işdən çıxarılan tanınmış aktyorla bağlı rəsmi açıqlama yayıldı

MƏDƏNİYYƏT
13:01 03.12.2012
2805
Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist İlqar Cahangirov teatrdan qovulmayıb.
Bu barədə AZXEBER.COM-a Gənc Tamaşaçılar Teatrından məlumat veriblər.
Teatrdan bildirilib ki, İlqar Cahangirov işdən çıxmaq barədə ərizə ilə kadrlar şöbəsinə müraciət etsə də, hələlik onun ərizəsinə baxılmayıb: 
"Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist İlqar Cahangirovun işdən qovulması haqqında məlumat yayılmışdır. Teatrın rəhbərliyi rəsmi şəkildə bildirir ki, bütün bu xəbərlər şaiyədir. Çünki İ.Cahangirov öz xahişi ilə işdən azad olmaq üçün ərizə ilə kadrlar şöbəsinə müraciət etmişdir və onun ərizəsinə müvafiq qaydada baxılmaqdadır. O, teatrın repertuarında olan bir neçə tamaşada əsas rolların ifaçısıdır. Və hələ ki, onun işdən azad edilməsi barədə rəsmi əmr yoxdur. Biz hüquqi və demokratik ölkədə yaşayırıq. Hər bir vətəndaşın işə qəbul olunmaq və işdən azad olunmaq hüququ vardır. Bu da İ.Cahangirovun hüququdur. 
İ.Cahangirov bəzi xəbər portallarında göstərildiyi kimi siyasi əqidəsinə görə deyil, özünün də qeyd etdiyi kimi daha yüksək məvacibli işdə çalışması ilə əlaqədar bu addımı atmışdır".   

OXŞAR XƏBƏRLƏR