Azərbaycanda işıqforlar dəyişdiriləcək - FOTO

Azərbaycanda işıqforlar dəyişdiriləcək - FOTO
Bütün Xəbərlər
16:00 20.08.2013
1381

Bu barədə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Şəfa Mehmanqızı bildirib. İctimai əlaqələr üzrə mütəxəssisin sözlərinə görə, Bakıda quraşdırılan yeni növ işıqforların test müddəti başa çatıb. Yoxlama müddətində onların işində heç bir nasazlıq qeydə alınmayıb. Ona görə də belə işıqforların daha geniş tətbiqi barədə qərar verilib. O, qeyd edib ki, NİİM-in yenilikləri ilkin olaraq Bakı şəhərini, sonra Abşeron yarımadasını, daha sonra isə bütün respublikanın ərazisini əhatə edəcək. Yeniliklər tədricən, 2015-ci ilədək mərhələlər üzrə tətbiq ediləcək. "Növbəti mərhələdə yeni növ işıqforların Azərbaycana növbəti partiyasının gətiriləcəyi nəzərdə tutulub. Amma onların nə vaxt və nə qədər sayda gətiriləcəyi hələlik dəqiq məlum deyil. Yeni işıqforlar, yəqin ki, yaxın müddət ərzində gətiriləcək. Onlar paytaxtın mərkəzi küçə və prospektlərində, növbəti mərhələdə isə Abşeron yarımadası və ölkənin digər bölgələrində quraşdırılacaq". Qeyd edək ki, NİİM tərəfindən Bakının Üzeyir Hacıbəyov-Aleksandr Puşkin küçələrinin kəsişməsində, eləcə də Buzovna-Mərdəkan yolunda quraşdırılmış və LED sistemi ilə təchiz edilən 2 işıqfor bu il aprelin 9-da istifadəyə verilib. Onların quraşdırılmasında məqsəd sürücülərin işıqforlardakı siqnalı görməməsi problemini aradan qaldırmaqdır. Sürücülər yeni işıqforu daha uzaqdan görə bilirlər. Belə ki, işıqforun özü ilə paralel dirəklərində də müvafiq olaraq qırmızı, sarı və yaşıl işıq yanır. Bu cihazların adi işıqforlardan fərqi ondan ibarətdir ki, onların dirəkləri də lampa ilə eyni rəngdə işıqlanır və nəticə olaraq sürücülər işıqforda hansı siqnalın (gözləmə və ya hərəkət etmə) olduğunu asanlıqla müəyyən edirlər. Yüngül konstruksiyaya malik olan bu işıqforlar alüminiumdan hazırlanıb. Hündürlüyü və ölçülərinə görə mövcud işıqforlardan daha böyük olduğundan sürücülərin diqqətini cəlb edir və bununla hərəkətin təhlükəsizliyini təmin etməkdə kömək olur. Bundan əlavə, iritutumlu nəqliyyat vasitəsi işıqforun önündə dursa belə, digər nəqliyyat vasitələrinin işıqforu görməsini məhdudlaşdırmır. İşıqforun üst dirəyində quraşdırılmış işıqların köməyi ilə axşam saatlarında piyadaların yolu daha rahat görmələri üçün də şərait yaradılıb. Bu işıqforların digər fərqliliyi isə onların elektrik enerjisinə 80 faizə qədər qənaət etməsidir.//trend

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
12:19 09.08.2025
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
11:58 09.08.2025
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
11:55 09.08.2025
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO