'Azərbaycanda İslam bankçılığının tətbiqi' mövzusunda seminar keçirildi

GƏNCLİK
00:10 05.02.2013
1607

3 fevral tarixində “İRƏLİ” Təlim və Karyera Mərkəzinin təşkil etdiyi “Müasir İqtisad Məktəbi” layihəsi çərçivəsində “Azərbaycanda İslam bankçılığının tətbiqi” mövzusunda seminar keçirilib.

Seminar zamanı İslam bankçılığının öyrəndiyi sahələr, İslam bankçılığında önəmli olan məhsullar, Azərbaycanda İslam bankçılığının vəziyyəti, üstünlükləri, Azərbaycan iqtisadiyyatına önəmli olan təsirləri, Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinin gələcək məqsədləri, planları, Azərbaycan İslam bankçılığının inkişaf etdirilməsi, xarici şirkətlərlə münasibətlər və s haqda ətraflı məlumat verilib.

Qonaq Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə olub.

OXŞAR XƏBƏRLƏR