Azərbaycanda jurnalist faciəvi şəkildə öldü

Azərbaycanda jurnalist faciəvi şəkildə öldü
Bütün Xəbərlər
12:12 18.12.2012
2274

Binanın pilləkənindən yıxılan qadının başı daşa dəyib

Bu gün Gəncə şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini, 1940-cı il təvəllüdlü Asya Əhməd qızı İsmayılova bu gün işə gedərkən yıxılıb. Binanın pilləkənindən yıxılan qadının başı daşa dəyib və o, hadisə yerində keçinib. Qeyd edək ki, ölən şəxs jurnalistdir. A.İsmayılova 1964-cü ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1960-cı ildən jurnalist ixtisası üzrə işləyən A.İsmayılova xeyli müddət imiş ki “Gəncənin səsi” qəzetində şöbə müdiri vəzifəsini yerinə yetirirmiş. //lent.az

OXŞAR XƏBƏRLƏR