Azərbaycanda jurnalistlər niyə məhkəməyə verilir? - Son günlər artan tendensiyanın SƏBƏBLƏRİ

Azərbaycanda jurnalistlər niyə məhkəməyə verilir? - Son günlər artan tendensiyanın SƏBƏBLƏRİ
MANŞET
14:40 26.04.2022
906
Son vaxtlar ölkəmizdə jurnalistlərin məhkəməyə verilməsi hallarında artım müşahidə olunur. 

Bu cür hallara əvvəlki dövrlərlə müqayisədə indi daha çox rast gəlmək olur. Jurnalistlərin məhkəməyə verilməsi daha çox məmurlar tərəfindən olur ki, bu da bir neçə səbəblə əlaqələndirilir.

Bəs bu cür halların artması nə ilə əlaqədardır? Jurnalistlər kimlər tərəfindən və hansı səbəblərə görə məhkəməyə verilir? Qanun bu haqda nə deyir?

Professor, əməkdar jurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında bu tendensiyanın artmasının səbəblərini belə izah edib:
 


"Əvvəla, çalışmaq lazımdır ki, jurnalistlər məhkəməyə verilməsin, yəni jurnalistlər özü buna imkan yaratmasın. İkincisi, bizdə bu tendensiya ona görə artır ki, daha çox məmurlar və ya müəyyən vəzifə tutan insanlar tənqidi qəbul etmək istəmirlər. Üçüncü səbəb isə jurnalistlərin bəzilərinin tənqidi materiallar yayımladıqları zaman dəqiqliyi, obyektivliyi gözləməməkləridir. Belə olmasa, çətin olacaq. Çünki cəmiyyətdə bir az gərginlik olan kimi insanlar bir-birindən qisas almağa çalışırlar. İndi jurnalistlərin də işləri yazmaqdır, amma çalışmaq lazımdır ki, etik çərçivəni həmişə gözləyək. MEDİA Agentliyi peşə ixtisası ilə bağlı yeni qaydaları müzakirəyə verib, onlara diqqətlə yanaşmaq lazımdır".

"Diffamasiya haqqında” qanundan da danışan Qulu Məhərrəmli ölkəmizdə bu qanunun qəbul olunmasına ehtiyac olduğunu qeyd edib:

"Milli Məclisə bir neçə dəfə "Diffamasiya haqqında” qanun üçün layihə təqdim olunub, təəssüf ki, indiyə qədər qəbul olunmayıb. Mənə elə gəlir ki, o qanuna ehtiyac var. Amma o qanun qəbul olunmazdan əvvəl də cəmiyyətdə media savadlılığı artmalıdır. İnsanlarda informasiya mədəniyyəti, tənqidi qəbul etmək mədəniyyəti formalaşmalıdır. Dünyanın bir çox ölkələrində bu qəbul olunub. Bizdə niyə qəbul olunmur? Ona görə  ki, bu yanaşmada fərqli mövqelər var”.

"Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycanda jurnalistləri tarix boyu məhkəməyə veriblər:
 


"Azərbaycanda jurnalistləri həmişə məhkəməyə veriblər. Sadəcə olaraq, kimsə səsini çıxarıb, kimsə çıxarmayıb. Məhkəməyə verilmək elementar bir şeydir. Amma Azərbaycanda bunun nə ilə bağlı olduğunu o qədər dəqiq söyləyə bilmərəm. Vaxtilə rəhmətlik Heydər Əliyev qadağa qoymuşdu ki, məmurlar jurnalistləri məhkəməyə verməsinlər. İndi o yoxdur və görünür jurnalistlər də jurnalistikanın qaydalarını pozurlar, təsdiqlənməmiş informasiyadan istifadə edirlər. Təsdiqlənməmiş informasiya əsasında kimlərisə aşırı tənqid edirlər. Əsas səbəblər bunlar ola bilər”. 

Elçin Şıxlı da "Diffamasiya haqqında” qanunun qəbul olunmasına ehtiyac olduğunu deyib:

"Ölkəmizdə "Diffamasiya haqqında” qanunun qəbul olunmasına ehtiyac var. Amma mən belə görürəm ki, bu qanun qəbul olunmayacaq. Çünki 20 ildən artıqdır ki, bu barədə söhbətlər gedir. Amma ortada heç nə yoxdur”. 
 
"Demokrat.az” xəbər portalının baş redaktoru Vasif Həsənli də AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib:
 

 

"Bu məsələyə birtərəfli yanaşmaq doğru deyil. Elə adamlar var ki, doğrudan da təhqir olunurlar. Reket jurnalistlər hələ də var, istər regionlarda, istərsə də Bakının özündə reket jurnalist problemi öz həllini tapmayıb. Bu da Əli Həsənovun dövründən qalma bir tendensiyadır. Məmurlar var ki, həqiqətən şantaj olunurlar, təhdid olunurlar, jurnalistika prinsipləri pozulur. Amma elə məmurlar da var ki, deyirlər, "burada mənəm, Bağdadda kor Xəlifə”. Jurnalistləri qaralamaqla məşğuldurlar, tənqidə dözümsüzdürlər. Belə məqamlar çoxdur”. 

Vasif Həsənlinin sözlərinə görə, jurnalistlər də yeni qəbul olunan qanunun tələblərinə əməl etməlidirlər:

"Mən özüm də yaxın vaxtlarda bir şəxs tərəfindən məhkəməyə verildim. Amma normal tənqid etmişdim, heç bir təhqir yox idi, böhtan yox idi. Adamın mövqeyinə qədər verimişdik. Yəni belə hallar olub. Bu, doğru hal deyil. Məmurlar tənqidə dözümlü olmalıdır. Hər yazıya görə jurnalisti qaralamaq doğru deyil. Jurnalistlər də həmçinin yeni qəbul olunan MEDİA haqqında qanunun tələblərinə əməl etməlidirlər”. 

Onu da qeyd edək ki, "Media haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci fəslinin 5-ci maddəsində media azadlığı haqqında qeyd olunur:

5.1. Azərbaycan Respublikasında media azaddır.
5.2. Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır.
5.3. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
 
Aydın Nuri
 
Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və məlumat azadlıqlarının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc edilib.

 
 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
23:16 17.10.2026
Belçikada polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdi
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu
23:03 17.10.2026
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu