Azərbaycanda istehlak xərcləri ən aşağı olan ailələrdə ailə üzvlərinin sayı daha çoxdur.
AZXEBER.COM xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Ev təsərrüfatlarının tədqiqatının yekunları – 2026" statistik məcmuəsində əksini tapıb.
Məcmuəyə əsasən, istehlak xərclərinə görə ən aşağı – birinci kvintilə daxil olan ev təsərrüfatlarında orta ailə ölçüsü 4,6 nəfər təşkil edir. İkinci kvintildə bu göstərici 4,5 nəfər, üçüncü kvintildə 4,2 nəfər, dördüncü kvintildə 3,6 nəfər, ən yüksək istehlak xərclərinə malik beşinci kvintildə isə 2,9 nəfər olub.
Statistika şəhər və kənd yerlərində də oxşar mənzərəni göstərir. Şəhərlərdə ən aşağı istehlak qrupunda ailələrin orta ölçüsü 4,5 nəfər, ən yüksək qrupda 2,7 nəfər, kənd yerlərində isə müvafiq olaraq 4,9 və 3,0 nəfər təşkil edib.











































