Azərbaycanda keçirilən prezident seçkiləri başa çatdı

SİYASƏT
19:50 09.10.2013
1357
Azərbaycanda keçirilən Prezident seçkiləri başa çatdı. 
Müşahidəçilərdən aldığımız xəbərə görə, saat 19.00-da seçki məntəqələri bağlanıb və məntəqə seçki komissiyalarının üzvləri 9 oktyabr prezident seçkilərində verilmiş səslərin - bülletenlərin hesablanmasına başlayıblar.
Mərkəzi Seçki Komissiyası da seçki məntəqələrində səsvermənin dayandırıldığını bəyan edib. Bu barədə MSK-nın Seçkilər informasiya mərkəzində akkreditasiya olunmuş əməkdaşımız məlumat verib. Yaxın dəqiqələrdə seçkiyə nə qədər seçicinin gəldiyi barədə məlumat veriləcək.
Musavat.com

OXŞAR XƏBƏRLƏR