Azərbaycanda keçmiş deputat vəfat etdi - FOTO

Azərbaycanda keçmiş deputat vəfat etdi - FOTO
SOSİAL
13:21 02.06.2026
474
Zərdab Peşə Liseyinin keçmiş direktoru və sabiq millət vəkili Əlihüseyn Əliyev vəfat edib.

AZXEBER.COM xəbər verir k, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, onun 76 yaşı var idi.

Əlihüseyn Əliyev 1991-ci ilə qədər rayon partiya komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri və ideoloji şöbənin rəhbəri kimi fəaliyyət göstərib.
O, iki çağırış üzrə Zərdab rayonunu təmsil edərək deputat mandatı qazanıb. Ə.Əliyev, həmçinin 2016-cı ilə qədər Zərdab Peşə Liseyinə rəhbərlik edib.
 

 


OXŞAR XƏBƏRLƏR