İlkin araşdırmalar zamanı 46 yaşlı kişinin qapısının ağzında intihar etdiyi məlum olub
Bu gün səhər 07:50 radələrində Salyan şəhrində küçədə asılmış kişi meyidi tapılıb. Salyan rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Salyan şəhərinin Ənnağı Hüseynov küçəsində tapılan meyidin kimliyi araşdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, meyit 46 yaşlı Əlvan Əvəz oğlu Hüseynova məxsusdur. İlkin araşdırmalarda həmin şəxsin özünü öldürdüyü məlum olub. Əlvan Hüseynov elə Ənnağı Hüseynov küçəsində evdə yaşayır. O, elə qapısının ağzında özünü öldürüb.
Qeyd edək ki, Əlvan Hüseynov əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.