Azərbaycanda kino biznesini çökdürən səbəb - 2 məşhur şəbəkə arasında qalmaqal (VİDEO)

SOSİAL
16:27 23.01.2018
2337
 
Lider TV-də yayımlanan "Status” verilişinin Azərbaycanda kinoteatrlara həsr olunan buraxılışında kinoteatrların iş prinsiplərinin pərdəarxası məqamları açılıb.

AZXEBER.COM xəbər verir ki, verilişdə qonaq olan "Xoxan”, "Naxox” filmlərinin prodüseri Orxan Mərdan deyib ki, "CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə "ParkCinema” kinoteatrlar şəbəkəsi arasında "soyuq müharibə” hökm sürür. Onun sözlərinə görə, 2 şəbəkə arasındakı soyuq münasibət film istehsalına böyük zərbə vurur:

"Kinoteatrlar arasında dava, hay-küy "Xoxan” filmi ilə başladı. Kinoteatrlar arasında çoxlu pul qazanmaq həsirliyi yarandı. 90-cı illərdən bu günə qədər Azərbaycan kinosundan küsmüş tamaşaçını son 3 ildə kinoteatrlara gətirə bildik. İlham Qasımov, mən, İlkin Həsəni və indi adlarını saya bilməyəcəyim qədər bu işə can yandıran insanlar bunu etdi. Sonra Azərbaycan və türk filmlərinin satışı, izlənməsi kütləviləşdi və kinoteatrların maddi qazancı artdı. Kinoteatrlarımız Hollywood filmlərindən bu qədər pul qazanmayıblar. Keçən ilə kimi 150 min tamaşaçı tərəfindən izlənmə potensialı olan filmlərin izlənmə rəqəmləri bu gün kinoteatrlarımız arasındakı mənim anlam verə bilməyəcəyim və ya vermək istəmədiyim rəqabət nəticəsində 50-60 minə enib. "CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə "ParkCinema” kinoteatrlar şəbəkəsi arasında dava var və bu dava nəticəsində biz filmimizi yalnız onlardan birində nümayiş etdirə bilirik”.  

"ParkCinema” kinoteatrlar şəbəkəsinin satış və marketinq direktoru Musa Axundov isə bildirib ki, bu şərtlər onlar tərəfindən deyil, "CinemaPlus” kinoteatrlar şəbəkəsi tərəfindən irəli sürülür. 

Rejissor İlham Qasımov əlavə edib ki, bu şərtlər və rəqabət təbiidir: "Lakin kinoteatlar istədikləri şərtləri və qiymətləri qoysalar, təzə yaranmaqda olan kino biznesi çökəcək. Kinoteatrlara müəyyən nəzarət olmalıdır”.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir