Azərbaycanda kişi hamilə arvadını vəhşicəsinə döydü: Bətnindəki körpə öldü

SOSİAL
19:47 19.06.2020
2264
Tovuz rayonunda kişi arvadını vəhşicəsinə döyüb.

Belə ki, rayonun Əhmədabad kənd sakini, 1987-ci il təvəllüdlü Mətanət Əsgərova ərindən polisə şikayət edib.

O qeyd edib ki, əri Xəqani Əsgərov tərəfindən döyülüb.

Nəticədə, qadın bətnindəki 11 həftəlik körpəsini itirib.

Daxili İşlər Nazirliyi Tovuzda qadının əri tərəfdən döyülməsinə münasibət bildirib.
 
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov Oxu.az-a açıqlamasında bildirib ki, hazırda Mətanət Əsgərovanın müraciəti əsasında Tovuz Rayon Polis şöbəsində müvafiq araşdırma aparılır:

"Tibbi ekspertizanın rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək".

OXŞAR XƏBƏRLƏR