Oğuz rayonunda bədbəxt hadisə baş verib.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə martın 2-də Oğuz rayonunun Abrıx kəndində baş verib.Kəndin meşə zolağında kənd sakini Qaya Xurşudovun kəsdiyi ağac üstünə düşüb.Nəticədə Q.Xurşudov aldığı xəsarətdən hadisə yerində ölüb.