Azərbaycanda KİV-in sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradıldı
İQTİSADİYYAT
13:53 18.09.2012
1984
Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin sərbəst fəaliyyəti üçün bütün imkanlar yaradılmışdır.AzərTAc xəbər verir ki, bu sözləri Bakıda “Neft, qaz və media” mövzusunda keçirilən konfransda iştirak edən Beynəlxalq Mətbuat İnstitutunun icraçı direktoru xanım Alison Betel MakKenzi çıxışında demişdir.A.MakKenzi bildirmişdir ki, Azərbaycan mətbuatının azad şəkildə fəaliyyət göstərməsini qəzetlərdə, internet saytlarında dərc olunan yazılardan müəyyən etmək olar. Azərbaycan mətbuat azadlığına görə dünyanın bir çox ölkəsinə nümunə ola bilər.